Bu böcək cinsi xəstəlik daşıyır – XƏBƏRDARLIQ

İngiltərədə mütəxəssislər tərəfindən edilən açıqlama ölkədə həyacan yaradıb.
Moderator.az xəbər verir ki, bir böcək cinsi ilə bağlı xəbərdarlıq edilən ölkədə əhaliyə pəncərələrini möhkəm bağlamaq tövsiyə edilib.
Şimali Amerikaya 1988-ci ildə gələn Asiya böcəyi 2004-cü ildə İngiltərədə görülməyə başlayıb. Qara qanadları ilə seçilən böcək indi də soyuq havalarda evlərə sığınmağa çalışır.
Mütəxəssislər bu böcəyin cinsi təhlükə yaratdığını və cinsi yolla keçən göbələk xəstəliyinə səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, sosial mediada insanlar minlərlə böcəyin evlərinə girdiyini bildirərək təəccübləndiklərini deyiblər.
Share: