Hərracda 950 min manatlıq şərab satıldı – FOTO

ABŞ-da keçirilən “Sotheby’s” hərracında rekord qiymətə şərab satılıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, ənənəvi olaraq keçirilən hərrac qeyri-adi məhsullar və yüksək qiymətləri ilə medianın diqqətini cəlb edib. Bu dəfə bir şüşə şərabın qiyməti hər kəsi heyrətə salıb.

Belə ki, “Sotheby’s” hərracında bir şüşə “Romanée Conti” fransız şərabı 558 min dollara (950 min manat) satılıb. Şərab 1945-ci il istehsalı olub. Bu hərraclarda daha əvvəl satışa çıxarılan Robert Drouhin kolleksiyasından olan 1926-cı ilə aid “Macallan” adlanan viski olub. Onun isə qiyməti 843 min dollar olub. Bu şərabların hərrac tarixində ən yüksək qiymət hesab olunur. Ümumilikdə isə Şimali Amerikada satılmış ən yüksək hərrac qiyməti kimi qeydə alınıb.

Hərrac təşkilatçılarının açıqladığı məlumata görə, bu qiymət istənilən ölçüdə olan bir şərab şüşəsinə görə ödənilən rekord göstərici hesab olunur.

 

Share: