“Hər kəsin can atdığı bu şəhər, İradələri sınağa çəkəcək sonuna qədər…”-Sədaqət Əliqızı

Müstəqil.Az Sədaqət Əliqızının şeirlərini təqdim edir:
SONUNA QƏDƏR
 
Bu şəhərin canı sıxıla-sıxıla içinə sığdırıb hər kəsi .
Ümidi üzülənləri, taleyindən küsənləri,
Özünə künc gəzənləri,
Bir badəlik sevgiləri, mənəm-mənəm deyənləri,
Qoluzorlu kəsləri,
Zəifləri, əzilənləri,daha kimləri, kimləri
Bu qədər geniş bu şəhərin “daş qəlbi”
Günahlar içində çırpınan gecələri,
Gizlətməyə çalışır içindəki iyrənclikləri,
Ləkələnən şərəfləri,qırılan qürurlar.
Hər kəsin can atdığı bu şəhər,
İradələri sınağa çəkəcək sonuna qədər.
 
 
 
UNUTMAĞI ÖYRƏT
 
Məni varlığına öyrətdin ,
Mənə sevməyi öyrətdin, mənə gülməyi öyrətdin.
Xoşbəxt olmağı öyrətdin, məni özünə öyrətdin ,
Sonra sənsizliyə tərk etdin .
İndi unutmağı öyrət, göz yaşın silməyi öyrət.
Acıları hiss etməyən , qəlbi daş olmağı öyrət.
Sənsiz xoşbəxt olmağı , sənsiz yaşamağı öyrət,
Nə olur unutmağı , mənə unutmağı öyrət .
 
 
 
 
 
 
 SƏNSIZ
Bu gün də açılan səhər sənsiz ,
Bu gün də açılan səhər sevincsiz.
Bu gün də düşünürəm səni çarəsiz.
Ruhum çevrilib əsən küləyə ,
Çırpınaraq can atır,
Yaşadığın otağın pəncərəsinə .
Halsız ,yorğun döyəcləyir pəncərəni..
Dönub baxsan , həmin an ,
Pəncərənin önündə görəcəksən məni ,
Pəncərəni döyən  küləklər əvəzi .
 
 
 
 
 
İNSANLIQ
Həqiqət yalanla vuruşur, həyat olümlə
Sevinc əzabla çarpışır , şeytan mələklə .
Ruhsuz bədənlər yaşayır, bədənsiz ruhlar azmış, dolaşır.
Vicdan nəfslə döyüşür , ləyaqətsizlər öyünür .
Simasız adamlar şərəfdən danışır .
İtrilmiş simalar , yerlərdə bulaşır .
Dünyanın yoxuşunda , sarsılmaq üzrədir insanlıq .
Haqqla nəhaq  arasında doğulmaqdadır insanlıq.
Dünya tabut kimi
 
Oturduğum otaqda tək
Nə səs var, nə bir kəs.
Ətrafda yalnız sukut var,
Tənhalığımın sübutu kimi.
Durub aynaya baxıram
Ağarmış saçlarım
Güzgüdən mənə boylanır,
Gəncliyimin süqutu kimi.
Şəhər insanlarla dolu
Qalabalıq havasızlıq
Boş və qaranlıq,
Bu dünya tabut kimi.
 
VİDA NƏĞMƏSİ
 
Dayanıb önündə dedim sevmirəm,
Sən xoşbəxt ol deyə yalan deyirəm.
Budur otağımda tənha, kimsəsiz,
Sevgin ürəyimdə ölüb, gedirəm.
 
 
Bir gün çıxararsan məni yadından,
Olarsan sən xoşbəxt bax, hamı kimi.
Sevərsən yenidən ilk günkü təki,
Bütün bu olanlar olmamış sanki.
 
 
Ruhum da göylərdən hey boylanacaq,
Bu həsrət, ayrılıq onu sıxacaq.
Gözümdən süzülən gözünün yaşı,
Yağış tək üstünə göydən yağacaq.
 
 
Səninçin hər zaman mən nigaranam,
O sənsiz dünyamdan sənə baxıram.
Görsəm bu dünyada sən bəxtəvərsən,
O zaman əbədi yoxa çıxaram.
 
 
Görüşərik biz
 
Susmusan üzdə sonsuz bir kədər,
Baxdım gözlərinə, qəlbim üşüdü.
Danış, ürəyində qalmasın sözlər,
İnana bilmirik bu son görüşdür.
 
Külək də dağıdır qəsdən saçımı,
Əlinsə uzanıb yığmır onları .
Nə oldu bizə, de, nə oldu, söylə,
Hanı ömrümüzün xoşbəxt anları?
 
 
İndi yaşayarıq tənha, sevgisiz,
Qəmli xatirələr bölüşərək biz.
Sığınaq Tanrının mərhəmətinə,
Bəlkə də yenidən görüşərik biz.
Müstəqil.Az
Share: