Masallıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun Qızılavar kənd sakini, 1969-cu il təvəllüdlü Fətullayev İntiqam Ərşad oğlu keçmiş qayınatasının evində özünü zəhərləyib. Sirkə turşusu içərək həyatına qəsd edən 48 yaşlı kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Bildirilir ki, İ.Fətullayevlə həyat yoldaşı bir müddət əvvəl boşanıb. Lakin onlar arasındakı münaqişə davam edirmiş. 48 yaşlı kişi keçmiş həyat yoldaşını evinə qaytarmaq istəyirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Müstəqil.az