Türkiyədə həbsxanalardan birindən 4 məhkum qaçıb.
Müstəqil.Az türk mediasına istinadla xəbər verir ki, hadisə Niydədə Cəzaçəkmə Müəssisəsində baş verib.
Məhkumlar dünən qaçıblar. Məhkumların qaçmasından həbsxana personalı axşam sayı zamanı xəbər tutub.
Bundan dərhal sonra həyacan siqnalı verilib, aidiyyəti qurumlara xəbərdarlıq olunub. Hərəkətə keçən qruplar həbsxana ətrafında axtarışlara başlayıb. Eləcədə yaxın ərazilərdə yollar nəzarətə götürülüb. Həbsxananın yerləşdiyi qəsəbəyə giriş-çıxışlar bağlanıb.
Müstəqil.Az