İspaniyanın turistik bölgəsi olan Costa Del Solda otellərin birində dəhşətli hadisə baş verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, otelin eyvanında bir nəfər şəxs gözlərini bağladığı digər şəxsin amansızlıqla başını kəsib. Aşağıdan baş verənləri dəhşətlə izləyən insanlar polis çağırıb. Cinayətkar isə onu izləyənlərə mobil telefon, bıçaq atmağa başlayıb. Polis bıçaqlı şəxsi yaxalayıb, yaralı isə xəstəxanaya çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.