Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub.
Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. Faktla bağlı araşdırma aparılır.
![](https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.15752-9/66840676_623330124822877_711516887984373760_n.jpg?_nc_cat=103&_nc_eui2=AeHITb3DDyaV6EzicH9wk3UMQUXyctxdpp56mZNrJvRDdeSA5eciZ1vicZJ-o9SWJuaakL5eBP3wFAqryWeqhtmFgPPp1vdZew2DC4-jerQnGQ&_nc_oc=AQl0qWVuqp1zshrF1qOyY1RccgGzzyuegKyt0XUIMSsoTE1UAujKzh5qB7xYfFbQtzY&_nc_ht=scontent.fgyd8-1.fna&oh=6d50731848e4db9e6d265761a103a6d8&oe=5DAA5FF0)
![](https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.15752-9/67502675_870063250019112_1693756701485826048_n.jpg?_nc_cat=104&_nc_eui2=AeFyQC4nX7quH0WfRH7Dhm_SeNG2DYDSHCG6bEt4sUU1_LvbZmVo2MEh_BBePARpw2KJPYkbkCLQIDyL0oc4fq9KwE4oJv407AZHUBi9gWxzkw&_nc_oc=AQlaTKGVTVw3iE4pACeOw5qCEu8Rt1892FBq7gT8v7xyvd0Gm88oiqUtlLrQd03axSs&_nc_ht=scontent.fgyd8-1.fna&oh=e2e256f7870f724d96d6d37afdd790b9&oe=5DB5AA91)
Davud Tarverdiyev
Müstəqil.Az