Goyçayda 55 yaşlı qadın kanalda boğularaq ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17.53

Goyçayda qadın kanalda batıb.

-nın Şirvan bürosu xəbər verir ki, Göyçay sakini, 1969-ci il təvəllüdlü Məmmədova Fatma Ağakərim qızı kanalda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Share: