Goranboyda minik maşını ağaca çırpıldı: Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb, daha sonra aşıb.

Qəza zamanı 1991-ci il təvəllüdlü Namiq İsgəndərov və 2004-cü il təvəllüdlü Kəmalə Qarayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: