“Get, uzaqların doğmalığına…”-Gülnarə İsrafilin yeni şeirləri…

Müstəqil.Az gənc yazar Gülnarə İsrafilin yeni şeirlərini təqdim edir:

…Sonsuzluq

 

Tayfa daşlarıdır çalarlar,
xalqın mədəniyyət abidələri,
qətliyam çalaları,
sümük qazıntısıdır səhabəlik.
Müqəddəslik,
günahkar seyyidlərlə ölçülür
təfəkkür tərəzisində.
Qiyamətin dağ yanğını
üşüdür sevgi hekayəsini.
Uğultular məmləkətdən o yana
kişnəyir torpağın üzünə.
Nə var axı
xudbinliyin nəfəsliyində?!
Ət və sümüklər gizlədib,
qarında gəzdirilən
ayaqyolunun payını.
Yupiter qanunudur – mən,
mənin barmaqlıqları.
Dünyanın bir ayrıntısı var
…Sonsuzluq.

                           

Məni də götür özünlə

Bir az gülümsə və keç,
get uzaqların doğmalığına…
Get, sadəcə, get.
Bir gün çatmadığın günəş damcılarında
işıqlan!
Məni də götür özünlə.
Sev və seç qırışıq dünyanın üz cizgisindən.
Oxşamağınla gəncləşdir taleyin ögey yazısını.
Biz başqa səmitlərin övladıyıq,
eyni qanunların nəzəriyyəsi…
Eyni istəklərin həsrətli sevdalısı…
Yadlaşmış hisslərin, qondarma qürur faciəsiyik.
Biz, hökmlərin qəlbində,
qəlbə düşməkdən özünü itirənlərik.
Adətlərin dedi-qodusuna inananlar,
bizi biz olmaqdan çıxaracaqlar.
Get, mənim son dünyamın səhərində
tənha gülün ətrini
ruhuna hopdurmağa…
Məni də götür özünlə..!

 

Sən, mən

Bir uçurum,
bir bağlantı var ömrümüzdə.
Nə edərsək, edək,
sürüklənirik
ta… bizi biz edənlərə…
Bəzən sevgi çiçəkləyir
ömrümüzün qış fəslində,
bəzən sevgisizlik.
Şaxtaya düşmüş,
sırsıralanmış biz tumurcuqlayırıq,
biz saralırıq,
biz quruyuruq…
Palıd yarpağı, ağcaqayın ağacı,
əzgil dənəcikli puçurlayırıq –
sevgi-sevgi.
Biz, çiyin-çiyinə,
addım-addım yaxınlaşırıq,
addım-addım uzaqlaşırıq
biz ola bilmək üçün.
Sən,
mən.

 

 

Nur gül

 

Bir gilə yaş gül,
dodaqda gül,
nur aç, nur gül, nur öp, nur hop,
çiçək-çiçək aç…
Kirpiyim dodaqlasın yanağını giləcik
hörümçək toru qur kirpiklərdə
damcı-damcı,
hüzur hüzur,
hər şeydən iki.
Hər şeydən ön gəl, dön gəl yanağıma
sən bir yanaq elçisi
kirpik gülü
dodaqlananda qızılgül ətirlən,

nərgiz saç,
çiçək-çiçək aç…
İkilərin qamışlığı, işıqlığı, qaranlığı,
təpəliyi, dərinliyi, dərəliyi, ətəkliyi
gül qoxar, gül güllənər,
ilmə toxuyar gül ömür,
ilmə sökər gül bağça,
gül boğça
gül budaq, gül budaqlıq…
Maddım-maddım gülə qönçələn,

böyü,
çiçək-çiçək aç.
Aç ümidlən,

aç böyü,

qucaq-qucaq böyü,
kirpiyimdə böyü!

 

 

 

…Sonsuzluq

 

Tayfa daşlarıdır çalarlar,
xalqın mədəniyyət abidələri,
qətliyam çalaları,
sümük qazıntısıdır səhabəlik.
Müqəddəslik,
günahkar seyyidlərlə ölçülür
təfəkkür tərəzisində.
Qiyamətin dağ yanğını
üşüdür sevgi hekayəsini.
Uğultular məmləkətdən o yana
kişnəyir torpağın üzünə.
Nə var axı
xudbinliyin nəfəsliyində?!
Ət və sümüklər gizlədib,
qarında gəzdirilən
ayaqyolunun payını.
Yupiter qanunudur – mən,
mənin barmaqlıqları.
Dünyanın bir ayrıntısı var
…Sonsuzluq.

                           

Məni də götür özünlə

Bir az gülümsə və keç,
get uzaqların doğmalığına…
Get, sadəcə, get.
Bir gün çatmadığın günəş damcılarında
işıqlan!
Məni də götür özünlə.
Sev və seç qırışıq dünyanın üz cizgisindən.
Oxşamağınla gəncləşdir taleyin ögey yazısını.
Biz başqa səmitlərin övladıyıq,
eyni qanunların nəzəriyyəsi…
Eyni istəklərin həsrətli sevdalısı…
Yadlaşmış hisslərin, qondarma qürur faciəsiyik.
Biz, hökmlərin qəlbində,
qəlbə düşməkdən özünü itirənlərik.
Adətlərin dedi-qodusuna inananlar,
bizi biz olmaqdan çıxaracaqlar.
Get, mənim son dünyamın səhərində
tənha gülün ətrini
ruhuna hopdurmağa…
Məni də götür özünlə..!

 

Sən, mən

Bir uçurum,
bir bağlantı var ömrümüzdə.
Nə edərsək, edək,
sürüklənirik
ta… bizi biz edənlərə…
Bəzən sevgi çiçəkləyir
ömrümüzün qış fəslində,
bəzən sevgisizlik.
Şaxtaya düşmüş,
sırsıralanmış biz tumurcuqlayırıq,
biz saralırıq,
biz quruyuruq…
Palıd yarpağı, ağcaqayın ağacı,
əzgil dənəcikli puçurlayırıq –
sevgi-sevgi.
Biz, çiyin-çiyinə,
addım-addım yaxınlaşırıq,
addım-addım uzaqlaşırıq
biz ola bilmək üçün.
Sən,
mən.

 

 

Nur gül

 

Bir gilə yaş gül,
dodaqda gül,
nur aç, nur gül, nur öp, nur hop,
çiçək-çiçək aç…
Kirpiyim dodaqlasın yanağını giləcik
hörümçək toru qur kirpiklərdə
damcı-damcı,
hüzur hüzur,
hər şeydən iki.
Hər şeydən ön gəl, dön gəl yanağıma
sən bir yanaq elçisi
kirpik gülü
dodaqlananda qızılgül ətirlən,

nərgiz saç,
çiçək-çiçək aç…
İkilərin qamışlığı, işıqlığı, qaranlığı,
təpəliyi, dərinliyi, dərəliyi, ətəkliyi
gül qoxar, gül güllənər,
ilmə toxuyar gül ömür,
ilmə sökər gül bağça,
gül boğça
gül budaq, gül budaqlıq…
Maddım-maddım gülə qönçələn,

böyü,
çiçək-çiçək aç.
Aç ümidlən,

aç böyü,

qucaq-qucaq böyü,
kirpiyimdə böyü!

 

 

        

 

 

 

 

 

 

Share: