Gənc Model avtomobil idarə edərkən güllələndi

ABŞ-da 28 yaşlı model sükan arxasında olarkən güllələnib, nəticədə yolda zəncirvari qəza baş verib.

Müstəqil.Az Fox 5 Atlanta telekanalına istinadən xəbər verir ki, Kelsi Kveyl boynundan güllə yarası alıb.

Onun idarə etdiyi avtomobil yolun əks istiqamətinə dönüb və nəticədə daha üç avtomobillə toqquşub.

Polis ehtimal edir ki, Kveyl yolda digər sürücü ilə mübahisə edib. Həmçinin qadının atışma nəticəsində təsadüfən güllə yarası aldığı versiyası nəzərdən keçirilir.

Share: