Gəncədə Özbəkistan vətəndaşının sərxoş halda törətdiyi qəzada daha bir nəfər ölüb

Gəncədə Özbəkistan vətəndaşının sərxoş halda törətdiyi qəzada daha bir nəfər ölüb

Gəncədə iki gün əvvəl baş verən avtomobil qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

APA xəbər verir ki, 1994-cü il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Tuhktaev Habibjon Hamro oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Atatürk prospekti ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin – 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Share: