
Arxiv
Hərdən yadıma düşür ki ,
sən varıydın bir vaxt
Gərək ki, Gəncədən idin …
Gərək ki, adın Bənövşə idi…
Gərək ki, orta məktəbdə müəllim işləyirdin…
Gərək ki, sol qolun ağrıyırdı…
Gərək ki, televizor almaq istəyirdin ..
Səhv etmirəmsə, yaşıl donun vardı …
Yaxası düyməli …
Yaddaşa bax, məzəli…
Unutduğum
Gəncə unutduğum vaxtdı,
yolu avtobusdu-qırmızı,
İnstitutu –dörrdillik
fontanı – bir axşamlıq
davası – bir kücəlik…
Həmişə vağzalında payız olar
Bakı qatarı külək gedər.
Adamlar vaqona yarpaq dolar
adamlar tələsər qacar.
Vaxt vağzalı
payız kimi qovurar.
Unvermağı bir köynəklik.
Qaranlıqda lələləri bir bıcaq.
Göy gölündə vaxt donub,
gəlin gedək vaxt oyadaq.
Hər bicağın ağzında bir qız var
hər qızın adında bir tələbə.
Hər qorxunun dalında bir kənd var
kənd titrəyir döngələrdə hələ də.
Bir kölgəlik ağacı yadımdadı,
kölgənin yarısını quşlar
özləriylə götürdülər,
yarısını da yarpaqlar
aşağı endirdilər.
Onda bz
ağacın altında iki nəfər idik
ağac bizə baxıb sevinirdi.
Gəncə unutduğum vaxtdı,
məni ora nə avtobus aparar,
nə qatar.
Bir dəfə
Bir dəfə ürəyim ağrıyırdı,
Dərman içdim, Sərvaz udqundu.
Elə bil yerimə dərmam uddu.
Ağrım toxtamadı, qacdım,
Sərvaz məndən qabaq yüyürdü.
Sərvaz tutmuşdu ağrımın əllərindən
Rəngsiz, bozumtul
Payız kimi həyacanlı ağrımın.
Alnım qan-tərə batmış,
Bax, o qarışqayla
Üz-üzə, göz-gözə
Uzanmağa az qalmış.
Üzündən, gözündən öpəydim, ay qarışqa!
Qanşqa, ay qanşqa!
Baxsaydılar bənizimə,
Dovşan gözlərimə,
Rəngsiz ayaqqabıma,
Ah, necə yaşamaq kecir könlümdən!
Sərvaz volakardin qoxulu
Validol medallı,
Pencəyimi soyundurdu.
Qoyduq başımızın altda,
Uzandıq skamyaya.
Baxdıq birinci dəfə
Göyə, günəşə, aya,
Yerə, ota, qanşqaya.
Taxtadan saman qoxusu gəlirdi,
Adamlar gəlib kecirdi yanımızdan.
Sərvaz dedi:
– Hərdən belə olmağımız catmır
Toz
Gözəl-gözəl sözlər tozuymuş tamam
Gəlin çiçək qoyaq tozun üstünə.
Bəlkə də çiçəkmiş tozun özü də
Qoyulub hər gözəl sözün üstünə.
.
Çoxu az elədim, mən aza endim,
Yüz sözdən qeyb olub bir sözə endim.
İlahi, bu səhər Namaza endim,
Çəkdim yer kürəsin dizim üstünə.
.
Can qoydum hər sözü mən ələ aldım
Yerə qoymadım ki, könlümə aldım
Sənin ayağının tozuymuş sandım
Tozu öpüb qoydum gözüm üstünə.