Füzuli Beynəlxalq Hava Limanı Reza Deqatinin gözü ilə – FOTO

 

Azərbaycan əsilli məşhur fransalı fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işləri kamerasının yaddaşına köçürüb.

O, çəkdiyi fotoları öz “Instagram” səhifəsində paylaşıb.

Fotoqraf bildirib ki, 2020-ci ilin oktyabr ayından Qarabağda işğal dövründə baş verən dağıntıları çəkir.

“Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.

Əsas maneə, erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir.

Ancaq davam edən işlər burada, həqiqətən də, möcüzədir və heç yerdə hava limanı Füzulidə olduğu kimi, bir neçə ay ərzində tikilmir.

Buraya ilk təyyarə sentyabrın 5-də enəcək! Daha çox “Qarabağ İntibahı” hekayələri üçün səhifəni izləməyə davam edin”, – dünya şöhrətli fotoqraf bildirib.

 

Share: