“FTB”nin xüsusi agenti vəfat etdi

“FTB” televiziya serialında xüsusi agent Tom Kolbi obrazını canlandıran aktyor Uilyam Reynolds vəfat edib. Aktyor altı mövsüm ərzində serialda xüsusi agenti canlandırıb.

Onun pnevmoniyadan ağırlaşaraq vəfat etdiyi bildirilir. Reynoldsun oğlunun sözlərinə görə, atasının ölümü COVID-19-la bağlı deyil. Mərhum aktyorun 90 yaşı olub.

Reynolds karyerasına “Universal Pictures”lə müqavilə əsasında başlayıb və “Kerri” (1952) filmində rol alıb. O, həmçinin “Həmişə sabahkı gün var” (“There’s Always Tomorrow”), “Mister Kori” (“Mister Corey”), “Alatoranlıq zonası” (“The Twilight Zone”) və “Vaqon karvanı” (“Wagons Caravan”) kimi layihələrdə də yer alıb.

Aktyor “FTB”dəki rolundan sonra Hollivudu tərk edərək iş adamı olub.

Mənbə: Gazeta.ru

Share: