Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
“Qafqazinfo” “Musavat”a istinadən xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.
***
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.