Fariz Babayev Respublika Klinik Uroloji Xəstəxanasına direktor təyin olunub

 
Çoxdan tanıdığım, şəxsiyyətinə və peşəsinə sonsuz hörmət bəslədiyim, şəfalı əlləri ilə insanların sağlamlığının keşiyində duran Fariz Babayevə yüksək vəzifə verildi.
Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsini icra edən Fariz Babayev akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində ona uğurlar arzulayıram. İnanıram ki, Fariz Babayev bu yüksək vəzifənin də öhdəsindən uğurla gələcək.
 
Dərin hörmətlə;
Şərafəddin İlkin,
Prezident təqaüdçüsü, şair
Share: