Azərbaycanın əməkdar artisti, xanəndə Fərqanə Qasımova dahi Azərbaycan mütəfəkkiri, şairi İmadəddin Nəsiminin yubileyinə “Məndə sığar iki cahan” qəzəlinin yeni təqdimatı ilə qatılıb.
Müstəqil.Az xəbər verir ki, kompozisiyanın musiqisi və aranjimanı Tohid Noruziyə aiddir, klipin rejissoru Cəlil Didehvərdir.
Layihənin təqdimatı 18 noyabr, saat 17.00-da, Bakı Kitab Mərkəzində (ünvan: Ü. Hacıbəyov 14) baş tutacaq. Tədbirdə nəsimişünas alimlər məşhur qəzəlin özündə ehtiva etdiyi dərin məna qatlarından söz açacaqlar. Nümayişdən sonra Fərqanə Qasımovanın ifasında Nəsimidən daha bir neçə qəzəl səslənəcək.
Müstəqil.Az