Eynulla Fətullayevin özünü redaktəsi…

Jurnalistlərin Şuşa səfərindən sonra mətbuatda və sosial şəbəkələrdə səfər zamanı yaranan neqativ hallardan bəhs olunur və haqlı olaraq iradlar bildirirlir. Ölkəmizin media tarixində əlamətda bir hadisəyə zərrə qədər də olsa xələl gətirəcək bu olaylar ictimaiyyət qarşısında da çaşqınlıq yarada bilir.
Belə iradlardan biri də tanınmış jurnalist Məhəmmədəli Qəribin Feysbuk  sosial şəbəkəsində  özünə məxsus olan divarda yayınladığı yazı da da öz əksini tapır. Müstəqil.Az M. Qəriblinin yazısınız olduğu kimi təqdim edir.

Hamı jurnalistlərin Şuşa səfərində Eynulla Fətullayevin yeyib-içdikdən sonra tədbirdə dava-dalaş salmasından danışır. Səfər iştirakçısı olan əksər həmkarlarımız status yazaraq həmin səfərdə hansısa insidentin yaşandığının şahidi olmadıqlarını bildirirlər. Mən bir çox həmkarlarımızla söhbət etmişəm, onların sırasında olan nisbətən obyektivləri Eynullanın həqiqətən səs – küy saldığını deyillər.
Yəni Eynulla və onun dostları öz lazımsız addımları ilə çox gözəl təşkil olunan bir tədbir barədə yersiz söz-söhbətlərin yaranmasına şərait yaratdılar. Yayılan məlumatlatlarda bildirilir ki, tərəflər arasında yaşanan xoşagəlməz hal içki məclisindən sonra olub. Aydındır ki, bu cür rəsmi tədbirin menyusunda spirtli içki olmayıb.
Ancaq bu heç də o anlama gəlmir ki, Şuşada araq, viski və ya çaxır tapıb içmək qeyri-mümkündür. Paylaşılan fotodan da görünür ki, həmkarlarımızı vəziyyəti “güldür”.
Keçək əsas məsələyə. Bu mövzuda ən böyük dəlil insanın özünün etdiyi etiraf sayıla bilər. Dünən səslənən bütün ittihamlara Eynullanın özü saat 19.08-də yazdığı statusla aydınlıq gətirdi. Sitat:
“Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Murad Dadaşov, Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi. Mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki masamızı tərk etsin. Əhvalımızı pozmasın… Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit…”
Bu açıqlamada diqqətimi nə cəlb etdi? Eynulla yazır ki, o, keçmiş həmkarımız, hazırda isə Şuşada dövlət işində çalışan Zaur Həsənovla Şuşa şəhərinin başçısı Aydın Kərimovun müxalifətdəki və Bakı portundandakı fəaliyyəti barədə müzakirə aparıb və dava da bu söhbətdən sonra düşüb.
Çox güman ki, vəziyyəti “gül” olan Eynulla əsas aksenti Aydın Kərimovun bir vaxtlar müxalifətçi olduğuna edib, onun tərcümeyi halının bu hissəsini Zaur Həsənova bir lağ ünvanı kimi göstərib. Zaur Həsənov da çox doğru olaraq tabeçiliyində çalışdığı və Prezidentin təyin etdiyi başçını müdafiə edib.
Bir mətn şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bİlirsiniz bu mövzunu niyə əminliklə yazıram? Çünki səhər Eynulla Fətullayevin yazdığı statusa yenidən göz həzdirəndə “Aydın Kərimovun müxalifətdəki və Bakı portundakı” hissəsində redaktə aparıldığını gördüm.
Bu redaktə dünən saat 20.53-də edilib. Eynulla mətndə heç nəyə dəyməyərək, yalnız “müxalifətdəki” sözünü çıxarıb. Anlayıb və ya ona haqlı olaraq anladıblar ki, sən Prezidentin təyin etdiyi kadrın keçmişdə müxalifətdə olduğunu kiməsə irad tutacaq səviyyədə adam deyilsən.
Əgər bu ayıbdırsa, onda sən özün keçmişdə kim və hansı mövqedə olduğunu bir nəzərdən keçir. Eynulla buraxdığı kobud siyasi səhvin məsuliyyətini anladığı üçün, özü-özünü redaktə edib. Müqayisə üçün hər iki statusun skrinlərini paylaşıram. Tam obyektiv olaraq demək istəyirəm ki, mən heç bir jurnalistin hətta içkili olsa belə , şəhidləri, qaziləri təhqir etdiyinə inanmıram. Məlumatın bu hissəsi tam dezinformasiyadır.
Eynulla bu addımları həm də təbiiətindən irəli gələn yekəxanalığıbdan atır. O, özünü başqa “level”in adamı sayır. Fikirləşir ki, digər jurnalistlər: nə maddi imkanda, nə əlaqələrdə və ən əsası da saytının yayım arealına görə onunla eyni tərəziyə qoyula bilməz. Buna görə özünü aşırı sərbəst aparır. Eynullanın yekəxanalığı ilə bağlı başqa bir misal çəkim. Ona jurnalistlər binasında mənzil verildi. Ancaq Eynulla həmin mənzillərin təqdim olunması ilə bağlı keçirilən rəsmi tədbirə qatılmadı. Yəni bu mesajı verdi ki, bir mənzil onun xidmətləri qarşısında xırda şeydir.
Çox böyük yanlış edir. Bilməlidir ki, onu məhz bu zirvəyə qaldıran hakimiyyətin özüdür. Jurnalistikada ondan da qat-qat istedadlı adamlar var ki, gün çörəyinə möhtacdır. Ümid edirəm ki, Eynulla Fətullayev bundan sonra dəvət alacağı rəsmi tədbirlərdə özünü normal aparacaq. Elə edəcək ki, sonra özünü redaktə etmək məcburiyyətində qalmasın!
Şəkilin açıqlaması yoxdur.

Məhəmmədəli Qəribli

Share: