Ersin Tatar Azərbaycana gəldi — Fotolar

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, E.Tatarın Bakıya səfəri 3 gün davam edəcək.

O, səfər çərçivəsində “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” tədbirinin açılışında, eləcə də ADA Universitetində konfransda iştirak edəcək. 

Onunla birlikdə 200 nəfərdən ibarət nümayəndə heyəti də Azərbaycana gəlib.

 


Share: