Ermənistanda sabiq məhkəmə sədrinə silahlı hücum

Silahlı şəxslər dünən axşam saatlarında Ermənistan Kassasiya Məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın malikanəsinə hücum edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi ölkənin İstintaq Komitəsinin sədrinin müşaviri Sonu Truzyana istinadla məlumat yayıb.

“Avqustun 28-də üç nəfər avtomatla silahlanmış maskalı şəxs malikanəyə hücum edib. Hadisə zamanı Mkrtumyan və ailə üzvləri evdə olub”, – Truzyan deyib.

İlkin məlumatlara görə, silahlı şəxslər ətrafa atəş açıblar. “Cinayətkarlardan biri zərərsizləşdirilib və saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, – müşavir əlavə edib.

Arman Mkrtumyan 2008-2018-ci illərdə Kassasiya Məhkəməsinin sədri vəzifəsini tutub.

Share: