Ermənilər Azərbaycanın Azıx kəndində belə məktəb açdı…- Fotolar

Azərbaycanın 26-ci ildir ki, işğal altında qalan Xocavənd rayonunun məşhur Azıx kəndində ermənilər yeni məktəb binasının açılış mərasimini keçiriblər.
Moderator.az yazır ki, bu haqda Xankəndindəki separatçə nəşrlər xəbər yayıb. Tədbirdə qondarma rejmin oyuncaq lideri Bako Saakyan da iştirak edib.
Xatırladaq ki, Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kəndir Füzuli rayon mərkəzindən 14 km şimal-qərbdə yerləşir. Quruçayın sol sahilindən bir qədər aralı, dağ ətəyindədir. Adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini “Azox” adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azıx kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir.
Share: