180 kilo olan Arif əsgər getmək üçün GÖRÜN NƏLƏR ETDİ – İNANILMAZ – FOTO/VİDEO

Türkiyədə 180 kiloqram olan 22 yaşlı Arif Düzcan hərbi xidmətə getmək üçün 100 kiloqram arıqlayıb.

Müstəqil.az xəbər verir ki, Sakaryanın Akyazı qəsəbəsində yaşayan Arif ötən il hərbi xidmətə getmək istəyib. Lakin 180 kiloqram çəkisi olduğu üçün onu hərbi xidmətə qəbul etməyiblər.

Hərbi xidmətə getməyi qarşısına məqsəd qoyan Arif 10 ay içində 100 kiloqram arıqlayaraq, arzusuna çatıb.

“Özümə “arıqlayacam və əsgər gedəcəm” deyə söz verdim, buna nail oldum. Məndən xoşbəxti yoxdur”, – deyə o bildirib.

Arifin arıqlayandan sonrakı halı hər kəsi təəccübləndirib.

Share: