Erməni yoxdu, rus qoşunu var! – Murad KÖHNƏQALA yazdı

Türklər tarixdə ilk dəfə indiki plastik materialları əvəz eləyən keçəni kəşf elədilər. Sərkərdələrə işğal yürüşlərində səyyari mühasirələr qurub ölkələr tutmaq üçün keçə yurtalar çox qiymətli idi.

Keçə, əsasən, qoyun yunundan döyülüb preslənmiş materialdı. Keçəni ağır ağac dəzgahlarında döyüb istənilən formaya salmaq olur. Ona görə yurtları (alaçıq, çadır), bir qayda olaraq keçədən hazırlayırdılar. Keçə kəşf olunduqdan sonra insanlar qazma evlərdən çəmənliklərə çıxa bildilər. Həmin yurtalar yayda sərin, qışda hənirli olur. Ortada ocaq qalanır və tüstünün çıxmağı üçün yuxarını (baca) açıq saxlayırdılar.


Yurtaların, yəni keçə mənzillərinin əsas vacib və çiçəklənmə dövrü türk sərkərdəsi Çingizxanın dövrünə təsadüf edir.
Çingizxanın hərb, işğal qaydası keçə yurtaları (təbii ki, konstruksiya ağacları ilə birlikə), arabalara yükləyib ellikcə hücuma keçmək idi. Həmin hərbi arabalarda hərbçilərin, əskərlərin ailəsi də köç edir, işğal elədikləri torpaqlarda məskunlaşırdılar. Çingizxan hansısa ölkəni, şəhəri özünə tabe etmək üçün əvvəlcə öz elçilərini göndərib şərtlərini diqtə edirdi. Qarşı tərəf sərt reaksiya verərdisə Çingizxan həmin ölkəni mühasirədə boğmaqla öz iddealarını diktə eləməyə çalışırdı. Bax, indi keçə-yurt məsələsinə gəlib çıxdıq. Bu böyük sərkərdənin şərtlərinə tabe olmayan ölkələrin mərkəzini Çingizxan keçə çadırlarla səyyari şəhərcikdən mühasirələr quraraq ölkənin nəfəsini kəsir, əhalinin hərəkətini iflic edirdi.
Sonra təslim etdiyi, iddiasını yeritdiyi həmin ərazilərdə toy-bayram edər, ordu şənliyi yapardı.
Bizim hazırda yaşatdığımız qara zurna havaları da həmin Çingizxan dövründən süzülüb gələn yadigarlardandı.
Noolub sizə, ay millət?
Elə bilirsiniz biz erməninin əlində ələk-fələk olmuşuq?
Heç də elə deyil!
Erməni yoxdu, rus qoşunu var!
Rəsmi 160, qeyri-rəsmi 180 milyon əhalisi olan atomlu dövlətlə, yəni, Rusiya kimi bir vəhşi ilə vuruşa bilmərik, hələ ki!
Özünüzü erməni qarşısında sınmış hesab etməyin! O, yanlış düşüncədi!

Share: