Ehtiyatda olan oyunçu… 

Müstəqil. Az Təranə MƏMMƏDİN tərcüməsində Türkmən yazışısı Oraz  Muratovun  hekayəsini təqdim edir:

Aşur dayının xırda daşlar səpilmiş və bu üzdən də məxmər kimi görünən həyətində futbol oynayanda ehtiyatda olan oyunçu olmazdı.

O vaxtdan 33 il keçib. O vaxtlar özümü dünyanın ən güclü oyunçusu sanırdım. Kağızdan kəsib düzəltdiyim şablonla xarab etdiyim köynəyin kürək hissəsində 10 rəqəmi yazılmışdı. (Meksikada keçirilmiş futbol üzrə dünya çempionatı və təkrarsız Diyeqo Maradonaya olan sevgimə rəğmən bunu belə etmişdim)

Bu rəqəm adi döşəmə boyasıyla yazılmışdı. Ayağımda isə əsl futbolçuların geydiyi altı diş şəklində olan çəkmə var idi. Şalvar gərək dizdən yuxarı olmayaydı. Bu bir qanun idi. Sözün qısası, qaranlıq düşənə qədər, futbol topu görünənə qədər oynayardıq. Bundan sonra da dağılışmayıb bir yerdə nəfəsimizi dərərdi.

Bax, həmin bizim futbol komandamızda ehtiyat oyunçu yox idi. Televiziyada futbola baxıram. Komandalar o qədər də məşhur deyillər. Necə deyərlər baxıram və vaxt öldürürəm.         Bunun səbəbi isə ordan gələn səsdir. Mənim dostum idman şərhçisi Yunus bütün gücüylə maraqsız oyuna diqqət cəlb etməhə səy göstərir. Mənim diqqətimi tez-tez göstərilən ehtiyat oyunçuların göstərilməsi cəlb etdi. Birini isə ön planda daha tez tez göstərirdilər. O uduzan komandanın oyunçusu idi. Onun oyundankənar həyacanı hiss olunurdu. O hər dəfə onu göstərəndə dırnaqlarını çeynəyirdi. Onun hərəkəti mənə bizim oyunlarımızı xatırladırdı.

Bu səhnə mənə, sanki finişə yaxınlaşan atı geriyə çəkmək səhnəsini xatırlatdı. Elə təəssürat yaranırdı ki, güya o oyunçunu orada güclə tutub saxlayıblar.

Şərhçi dostum dəfələrlə deyirdi ki, əgır onu oyuna buraxsalar vəziyyət dəyişə bilər. Lakin görünür məşqçi başqa cür düşünürdü.

Məşqçi nə qədər oyan-bu yana qaçsa da, qışqırmaqdan səsi batsa da komandasını xilas edə bilmədi. Oyunun son nəticəsi gələn oyunda müəyyənləşdiriləcək deyib, şərçi tamaşaçılarla sağollaşdı. Əlbəttə uduzan komandanın gələcəkdə revanş edə bilmək imkanı var.

Bəlkə həmin o oyunda ehtiyat oyunçunu oyuna buraxacaqlar. Mənim bu sözlərimdən yəqin ki, hiss etmək olur ki, mən artıq fəlsəfi düşünməyə başlamışam. Amma insana həyat bir dəfə verilir. Orda ikinci dəfə oynamaq şansı olmur. Onun bircə taymı olur. Və onu ehtiyatda oturub gözləmək mümkün deyil. Əgər həmin oyunçu və yaxud azarkeş kimi oturub gözləsən o bir sıra sözlərdən ibarət ola bilər. “Ah…”  “Heyif…” “Heç olmasa…”, “Əgər…” – kimi sözlərdən.       Bu oyunun sonunu elan edən hakim bayaqdan özünü öldürəm məşqçiyə altdan-altdan baxırdı.

İndi onun beynində də, “əgər”, “heç olmasa” sözləri fırlanırdı. İndi o gələcək oyunu necə quracağını, oyuna kimləri buraxacağını və necə qalıb gələcəyini düşünüdü.

Həyat meydancasından kənara yaxınlaşdıqça isə artıq “əgər” deməyə yer qalmayacaq.     Özünün varlığını göstərmək istəyirsənsə, gərək bunu əbədiyyətə qovuşmadan edəsən.

Bir müdrikdən şagirdləri soruşur: – “Görəsən, ölümdən sonra həyat varmı?”

Müdrik gülümsəyir və cavab verməyə tələsmir. Onda şagirdlər onun susduğunun səbəbini  soruşdular və o belə cavab verdi: – “O dünyanın varlığıyla, bu dünyada özünü tapmayanlar maraqlanırlar. Ona görə ki, onlar həmişə əbədiyyət arzusundadırlar . Və onlara bir ömür də lazımdır”.

Deyə bilərsiz ki, elə bunu əvvəldən danışardın da. Daha, nəyə görə bizim başımızı öz hekayənlə ağrıdırdın. Əgər keçmişdə oynadığlm futbol haqda, həmin ehtiyat oyunçudan yazmasaydım mən, artıq özümü həmin ehtiyat oyunçusu kimi hiss etməyə başlamışdım. Birdə ki, niyə də öz fikirlərimi sizlərlə bölüşməyim…

Oraz  Muratov

Türkmən yazıçısı

Share: