Dəhşətli qətl hadisəsinin görünməyən tərəfləri

Dəhşətli qətl hadisəsinin görünməyən tərəfləri

Vəkilin vəsadətlərinə yumulan göz, cinəyətin necə və nə üçün törədildiyini görmək istəyirmi?

Son illərin dəhşətli cinayət hadisələrindən biri olan məşhur iş adamı Emil Ağacanov tərəfindən öz iş yoldaşı və tanışı Muradova İradə Oleq qızının qətlə yetirilməsi ilə bağlı nəhkəmə işi davam edir. Məhkəmənin növbəti iclası aprelin 9-da Bakı Ağır Cinayətlər məhkəməsində baç tutdu. Məhkəməyə Məhkəmənin hakimi Səbinə Məmmədzadə sədrlik edirdi.

Hakim Səbinə Məmmədzadə

Baxılmaqda olan məlum cinayət işi üzrə ibtidai istintaq mərhələsində aparılmış məhkəmə-psixiatriya ekspertizasının rəyində təqsirləndirilən şəxsin hadisə anında anlaqsız olduğu nəticəsinə gəlindiyi haqda dəfələrlə apardığımız araşdərma yazılarımızda məlumat vermişik.

Elə bu ekspertiza rəylərinə görə də adı çəkilən iş adamının hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib. Bu qənatə görə də  cinayəti guya ki, anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qərarına gəlinmişdir. Elə bu səbəbdən də 2025-ci ilin 18 dekabr tarixdə amansızlıqla törədilmiş cinayət  işinin məhkəməyə göndərilməsi barədə  qərar qəbul edilmişdir.

Bir daha xatırladaq ki, 1(101)-2098/2025 nömrəi faciəli cinayət işi 2025-ci ilin avqust ayında törədilib.

Müstəqil.Az-ın və digər KİV-nin daima gündəmdə saxladığı, ilkin istintaq və məhkəmə prosesindən mütəmadi olaraq xəbərlər yayınladığı bu müdhiş olayın sonuncu dəfə keçirilən məhkəmə prosesində cəryan edən hadisələr zərərçəkmiş tərəfin narahatçılığına son qoymadı. Baxmayaraq ki, zərərçəkən şəxsin hüquqi varisinin nümayəndəsi  Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən qaldırılan vəsadətlərdən biri hakim tərəfindən qəbul olunub.

Məhkəmə işinin 9 aprel tarixli iclası təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin bir-birinə qarşı baxışlarla apardıqları “soyuq müharibə” hakim xanımın səbrlə sədrliyi, sədarətdə oturan köməkçi hakimlərdən birinin arada mürgüləməsi, cinayəti anlaqsız vəziyyətdə törətməsi haqda ekspertiza rəyi verilən təqsirləndirilən şəxsin anlaqlı və düşüncəli tərzdə sullara cavab verməsi və atdığı replikalarla müşahidə olunurdu.

Detektiv bir romanın mövzusu olacaq qədər diqqət çəkən, xeyirlə şərin mübarizəsində kənardan olunan təsirlər tərəfindən həqiqətin əlacsız qalması qənaətində olan zərərçəkmiş tərəfin hüquqi varisi Muradova Rəna dəfələrlə istintaqın və məhkəmənin birtərəfli aparıldığı dilə gətirib.

Rəna Muradova

Elə zərərçəkən tərəfin hüquqlarını qoruyan tanınmış vəkil Rəşad Cəbrayılovun diqqət çəkən, məntiqli vəsadətində də bu fikirlərlə qarşılaşırıq. Məhkəmə işinin sədrinə təqdim edilən vəsadətdə deyilir:

Zərərçəkən şəxsin hüquqi varisi və hüquqi varisin nümayəndəsi məhkəmə-psixiatriya ekspertizasının rəyində təqsirləndirilən şəxsin hadisə anında anlaqsız olduğu haqda ekspert rəyinin sübut kimi etibarlı və qəti hüquqi nəticə çıxarmaq üçün yetərli olmadığnı hesab edir.

Bildirir ki, həmin “ekspertiza rəyində göstərilən nəticə iş üzrə faktiki hallar, davranış göstəriciləri və cinayət hüququnun tələb etdiyi meyarlar baxımından tam və inandırıcı şəkildə əsaslandırılmamışdır. Rəydə göstərilən hallar şəxsin cinayət məsuliyyətini istisna etmir”.

 

Zərərçəkən tərəfin hüquqi varisinin nümayəndəsi, vəkil R. Cəbrayılov hesab edir ki,  Ekspertiza hadisədən müəyyən müddət sonra aparılmış, hadisə anındakı psixi vəziyyətin elmi əsaslandırılmış rekonstruksiyası həyata keçirilməmiş, şəxsin davranış dinamikası, situativ faktorlar, şahid ifadələri və digər obyektiv məlumatlar kompleks şəkildə təhlil olunmamışdır.

Vəsadətdə vəkil məntiqinə, təcrübəsinə və hüquqi biliyinə Vəkil Rəşad

Vəkil Rəşad Cəbrayılov

söykənərək müdafiə etdiyi tərəfin ardıcıl olaraq istintaq işinə səhlənlar yanaşmalarla üzləşdiyini belə izah edir: Rəy əsasən klinik müşahidələrə söykənsə də, cinayət hüququ baxımından həlledici əhəmiyyət daşıyan – şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməsi və davranışını idarə etməsi meyarları konkret faktiki davranış göstəriciləri ilə əlaqələndirilərək ayrıca qiymətləndirilməmişdir. Bu da tam anlaqsızlıq nəticəsini şübhə altına alır.

 

Tükürpədizi qətl hadisəsinin istintaqında olduğu kimi, məhkəmə işinin aparılmasında Jurnalist araşdırmamız və müşahidələrimiz davam edir. Məhkəməyə dəvət olunması və dinlənilməsi mütləq gərəkən bəzi şahidlərin məhkəməyə gəlməməsi, onların məhkəməyə israrlı şəkildə  çağrılmaması, həmin şəxslərin istintaq zamanı verdikləri ifadələri hakimin yetərli sayması da, sanki yarımçıq qalan bir ömrün, amansız bir qətlin sıradan olan bir hadisənin, konkret məhkəmə  işinin yekunlaşmasına tərəf tələsik addımların atılması kimi görünə bilər.

Lakin, hələ tələsməyək, məhkəmə işi davam edir. Xatırlayaq ki, gənc bir xanımın, güvəndiyi, dost bildiyi, iş və lirik duyğularla əhatələndiyi bir ömrün amansızlıqla ba.a çatdırılmasında əsas rolu oynayan, qanunlarımızın diqtəsindən kənara çıxmayacaq bir şəxs, gənc və təcrübəli xanım hakimdir.

Bizi izləyin, araşdırmamız, müşahidəmiz davam edir.  Zərərçəkən şəxsin hüquqi varisinin nümayəndəsi, tanınmış vəkil  Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilən vəsadətin sonrakı detalları ilə də tanış olacağıq. və birlikdə düşünəcəyik: Əgər bu vəsadətdə deyilənlərin məhkəmənin işinə yeni aşkarlana biləcək faktlarla xeyri varsa, həqiqət üzə çıxacaqsa, günahkar özünün həqiqi cəzasını alacaqsa, vəkilin vəsadətləri bəs niyə təmin edilmir?
Ötgün

Share: