1986-cı ildən keçirilən, amma son illərdə populyar olan “Burning Man” festivalından möhtəşəm fotolar yayılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan fotolarda iştirakçılar yarıçılpaq obrazları ilə yadda qalıb. 8 gün davam edən möhtəşəm festivalın qonaqları monoton həyatdan fantastik bir aləmə qədəm qoyublar. Bütün ili özü üçün obraz axtarışında olan ulduzlar inanılmaz simvolların, parlaq aksessuarların, avanqarda və cəlbedici kostyumların sayəsində festivalı daha maraqlı ediblər.
Məlumat üçün bildirək ki, 1986-cı ildə bir qrup dost San-Fransisko çimərliyində yığışaraq 3 metrlik müqəvvanı yandırması ilə yeni bir ənənənin əsasını qoymuş olur. O vaxtdan, həmin dostların gəzintisi dünya miqyaslı “Burning Man” festivalına çevrilir və Nevada ştatının səhrasında hər il qeyd olunur. Ofis həyatından yorulmuş iş adamları azad həyatın dadına baxmaq və texnologiya industriyasının ulduzları ilə görüşmək üçün ora yollanır. Bu məşhurlar hər il festivala qatılır və on bahalı, kondisionerli yüksək texnologiyalı çadırlarda məskən salır.