Döyüşçü müəllimlər istirahətdə – Şərafəddin İlkin yazır

26 iyun – Silahlı qüvvələrin yaranması günü…
 
Döyüşçü müəllimlər istirahətdə
 
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq rayonlara üz tutanların sayı artıb. Gərgin iş həftəsindən sonra bir günlük istirahət də böyük əhəmiyyət kəsb edir. Kollektiv şəkildə keçirilən turlar isə daha maraqlı, yaddaqalan olur.
Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ilə əlaqədar olaraq Xəzər rayon Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə rayonun təhsil müəssisələrində çalışan birinci və ikinci Qarabağ müharibəsində vuruşanlar üçün Nabran İstirahət Mərkəzinə tur təşkil edilib. 24 nəfərlik qruppaya Xəzər rayon TİAHT-nın sədri Həzərxan Əbilovun şəxsən rəhbərlik edir. Turistlərin istirahət etməsi üçün hər cür şərait yaradılıb. Onlar avtubusla İstirahət mərkəzinə gətirilmiş, rahat otaqlarda yerləşdirilib, gündə üç dəfə zəngin menyu ilə təmin ediləcəklər.
-Müstəqil Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq qələbə hamımıza qürur hissi yaşadır. Qələbənin qazanılmasında müstəsna xidmətləri olan qazilərimiz böyük ehtirama layiqdilər. Onların istirahət günlərinin səmərəli təşkil etmək üçün bura gəlmişik. Bütün xalqımızı – başda Ali baş komandan İlham Əliyev olmaqla rəşadatli ordumuzun yaranmasının ildönümü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, uğurlu gələcək arzulayıram – dedi Həzərxan Əbilov.
 
Şərafəddin İlkin,
Prezident təqaüdçüsü
Müstəqil.Az
Descripción no disponible.
Share: