Dövlətimizin qarşımızda qoyduğu tələblərə ciddi şəkildə əməl etməliyik -Aləm KƏNGƏRLİ

Tanınmış yazar Aləm Kəngərli xalqa səslənib, başqalarından təcrid olunmaqla, ruhdan düşmədən, göstərilən şərtlər daxilində yaşamağa  alışaq, deyərək insanlarımızı bütün bə.əriyyət üçün ağrılı olan bu günlərdən qurtulmaq üçün tövsiyyə edib.

Müstəqil. Az tanınmış yazarın müraciətini yayınlayır:

“Əziz həmvətənlərim, yurddaşlarım, bacılarım, qardaşlarım!
Bildiyiniz kimi bu gündən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı xüsusi rejim tədbiq olunmağa başlayıb.
Əgər bir sıra Avropa ölkələrinə, həmçinin ABŞ-a nəzər salsaq, koronavirusun tüğyan qopararaq nə qədər ölümlərə, faciələrə səbəb olduğunu aydın şəkildə görərik. Odur ki, biz bütün bu ağrı-acılardan maksimum dərəcədə yan keçmək üçün  dövlətimizin qarşımızda qoyduğu tələblərə ciddi şəkildə əməl etməliyik. Gəlin, başqalarından təcrid olunmaqla, ruhdan düşmədən, göstərilən şərtlər daxilində yaşamağa  alışaq. Biz bu yolla koronavirusun yurdumuzda əl-qol açmasının qarşısını alıb, tezliklə  əvvəlki həyat tərzimizə qayıda bilərik.
Hər birinizə səbr və sağlamlıq arzulayıram.
Evdə qalaq.”
Share: