Deputat qanun layihəsini “başıbəlalı” adlandırdı

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbuluna əvvəllər Səhiyyə Nazirliyi maneə yaradırdı. Bu gün isə onlar da qanun layihəsini dəstəkləyirlər”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin Səhiyyə Komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. 

O, qanun layihəsini “başıbəlalı” adlandırıb və qeyd edib ki, Milli Məclisin 2022-ci il payız sessiyasında sənəd artıq qəbul olunmalıdır. 

Qeyd edək ki, qanun layihəsi bir neçə ildir müzakirə olunur. Lakin bu layihə cəmiyyətdə birmənalı qarşılanmır. 

Sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.
Layihəyə Qafqaz Müsəlmanları İdarəsi rəy verib.

Aqşin Kərimov

Share: