
“Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyilə həyata keçirdiyi ilə iyul ayının 2-də ” Sosial siyasətdə ictimai təşəbbüslər” layihə çərçivəsində növbəti tədbirini Suraxanı Gənclər Evində keçirib. Baş tutan tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran xanım Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdür müavini Araz müəllim Fərhadov, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Tural müəllim Qafarov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Arbitrium Vəkil Bürosunun Vəkili Nərmin xanım Əliyeva, Kəngərli və Partnyorları Vəkil Bürosunun Vəkili Kəmalə xanım Tağıyeva iştirak edib.Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.