Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb

Danimarkanın Gürcüstandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

-nın Tbilisi müxbiri xəbər verir ki, diplomat hazırda XİN-də görüş keçirir.

Gürcüstan XİN Danimarka səfirinin çağırılması ilə bağlı hələ ki rəsmi açıqlama verməyib. Lorensenin Danimarka mətbuatında çap edilmiş məqaləsinə görə XİN-ə çağırıldığı ehtimal edilir. O, sözügedən məqalədə Gürcüstanın hakim partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin oliqarx olduğunu və sərvətini 1990-cı illərdə Rusiyada qazandığını qeyd edib.

Danimarka səfirliyi məsələ ilə bağlı bəyanatında səfirin məqaləsindəki fikirlərin Gürcüstanın daxili debatlarında istifadə üçün kontekstdən çıxarıldığı qeyd olunub. Bəyanatda diplomatik nümayəndəliyin aparılan müzakirələrə töhfə vermək arzusunda olmadığı və əlavə fikirlərdən çəkindiyi qeyd edilib.

Share: