Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olundu

Bu gün Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza Mükafatının təqdimetmə mərasimi keçirilib. 

Mərasimdən öncə Azərbaycan yazıçılarından bir qrupu Fəxri Xiyabanda olublar.  Onlar bu günlərdə dünyasını dəyişmiş  AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qocanın və Rəsul Rzanın qəbrini ziyarət edib, məzarları üstünə tər çiçəkıər düzüblər.

Sonra AYB də mükafatların təqdimatı keçirilib. Mərasimdə Anar, AYB-nin katiblri İlqar Fəhmi, Rəşad Məcid, tanınmış yazarlardan Elçin Hüseynbəyli, Yusif Nəğməkar, Faiq Balabəyli, Hüseyn Sözlü, Güləmail və s. iştirak edib.

Bu dəfə Beynəlxalq Rəsul Rza mükafatını alanların sırasında tanınmış qələm adamlarından şair Damət Salmanoğlu, şair Hüseyn Sözlü, şair Elnur Uğur və Nazim Muğanlı da  da var.

Müstəqil.Az olaraq mükafata layiq görülən bütün qələm dostlarımızı  təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.

Müstəqil.Az

Share: