Dəhşətli istilərdən boğulanlar marketlərdə düşərgə qurdu – MARAQLI…

Şimali Afrikadan gələn isti hava dalğasının təsiri altına düşən Avropa son illərin ən isti günlərini yaşayır. Rekord qıran istilərdən qorunmaq istəyən vətəndaşlar da maraqlı üsullara əl atırlar.
Moderator.az xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidə dəhşətli istilərdən bezən vətəndaşlar supermarketlərə axın ediblər. Marketlərin kondisionerlərindən faydalanmaq istəyən vətəndaşların sərinləmək üçün girdikləri marketlərdə yatmaları diqqət çəkib.
 
Yaşadıqları yerlərdə yerləşən marketlərdən hədsiz istilər səbəbi ilə “Qapımız 24 saat açıqdır” mesajını alan vətəndaşlar həftə sonu gecəni marketlərdə keçiriblər.
Müştərilərinə qapısını açan supermarket şöbəsinin rəsmisi insanların axşam saatlarında market bağlandıqdan sonra gəlməyə başladıqlarını və yatmaq istədikləri yeri özlərinin seçdiyini söyləyib.
Müstəqil.Az

Share: