COVID-19: Günün statistikası açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 min 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 min 493 nəfər müalicə olunaraq sağalıb, 6 min 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 min 199 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 781, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 715 min 715 test aparılıb.

 

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 min 357 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 437 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 milyon 863 min 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 588 min 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 milyon 274 min 860 təşkil edir.

Müstəqil.Az

 

Share: