Çinin patrul gəmiləri mübahisəli Senkaku adaları ərazisinə daxil olub

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb. Bildirilir ki, hadisə ilə əlaqədar Yaponiya Baş Nazirinin dəftərxanası yanında informasiyanın qəbulu və təhlili üzrə böhran qərargahı işə başlayıb.

Qeyd edək ki, Yaponiya və Çin arasında Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ildə rəsmi Tokio bu adaları özəl sahibkardan aldıqdan sonra kəskinləşib. Bundan sonra Çində Yaponiya əleyhinə kütləvi aksiyalar keçirilib.

Həmin vaxtdan Çin gəmiləri daim mübahisəli adalar ətrafında hərəkət edir və nümayişkaranə surətdə əraziyə daxil olur.

Müstəqil.Az

Share: