Çin ərəb ölkələrinə 20 mlrd. ABŞ dolları məbləğində kredit ayıracaq.

 Çin ərəb ölkələrinə 20 mlrd. ABŞ dolları məbləğində kredit ayıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin sədri Si Tszinpin paytaxt Pekində keçirilən Çin-Ərəb biznes forumunda bildirib.

Onun sözlərinə görə, ərəb ölkələrinə borc məşğulluğun artırılması üçün veriləcək və bu, ərəb dünyasında sosial vəziyyətə müsbət təsir edəcək.

Sədr həmçinin qeyd edib ki, Çin hökuməti ərəb ölkələrində liman və dəmir yollarının çəkilməsində maraqlıdır. Onun sözlərinə görə, bu Mərkəzi Asiya, Şərqi Afrika və Hind okeanı regionlarını Aralıq dənizi ilə birləşdirməyə kömək edəcək.

Bundan başqa, Çin Suriya, İordaniya və Yəmənə 600 mln. yuan (90,5 mln. dollar) humanitar yardım ayıracaq.

Müstəqil.Az

Share: