Çimərlikdə hicablı xilasedicilər işə başladı… -Foto

Fars körfəzi  regionunda qadınların xilasetmə briqadası ilk olaraq Dubayın çimərliklərindən birində xidmətə başlayıb.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, briqadaya insanların boğulmadan xilas edilməsi zamanı ilk yardım kurslarında üç aylıq təlim keçmiş 11 qadın daxildir. Onlar üzməyi, ilk tibbi yardım göstərməyi, üzən xilasetmə vasitələrini idarə etməyi bacarır. Yaxın zamanlarda dəstənin sayının artırılacağı bildirilir.

Layihə Qadın Polis Şurası və Dubay Polisi tərəfindən həyata keçirilir. Məqsəd qadınları BƏƏ-də bütün həyati sahələrdə fəaliyyətə cəlb etməkdir.

Share: