“Çelsi”də baş məşqçi postuna namizədlər məlum oldular

Qrem Potterlə yollarını ayıran “Çelsi”də baş məşqçi postuna əsas namizədlər müəyyənləşiblər.

London klubu bu posta “Bavariya”dan ayrılan Yulian Nagelsmanı gətirmək istəyir. Portuqaliya “Sportinq”inin çalışdırıcısı Ruben Amorimin namizədliyi də müzakirə olunur.

Məlumata görə, adı “zadəganlar”la hallanan Maurisio Poçettino ilə hər hansı danışıq aparılmayıb.

Mənbə: Fabritsio Romano

Share: