Cəmi 10 ayın ərzində Azərbaycandan Montenegroya 45 milyon avro niyə daşınıb…

Azərbaycan hökumətinin gördüyü sərt maliyyə tədbirlərinə baxmayaraq ölkədən xaricə valyuta axını bu il ərzində də davam edib.

Virtualaz.org xəbər verir ki, bunu kiçik Balkan ölkəsi  Montenegronun  Mərkəzi Bankının 2017-ci ilin 10 ayı ərzində ölkədə xarici vətəndaşlar tərəfindən daşınmaz əmlaka qoyulan yatırımlara dair açıqladığı statistika da təsdiq edir.

Statistikaya əsasən bu ilin 10 ayı ərzində Rusiya vətəndaşları Montenegroda mənzillər, evlər və digər daşınmaz əmlak almaq üçün 35.6 milyon dollar yatırıb. Azərbaycan vətəndaşları isə bu ölkədən 45 milyon dollarlıq daşınmaz əmlak alıb. Bu göstərici üzrə liderliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları tutur-87 milyon avro.

Xatırladaq ki, Azərbaycan vətəndaşları Çexiyadan da ən çox daşınmaz əmlak alan xaricilər sırasındadır. Habelə son illər azərbaycanlılar öz pullarını Türkiyədə də daşınmaz əmlaka intensiv şəkildə yatırıblar. Azərbaycanlıların ötən il Gürcüstana qoyduqları yatırım isə 600 milyon dollara yaxın idi.

Müstəqil.Az

Share: