“Burda qəbahət bir şey görmürəm…”- Putindən köynəksiz fotoları haqda açıqlama…

Tez-tez sosial mediada köynəksiz fotoları yayılan Rusiya prezidenti Vladimir Putin məsələyə münasibət bildirib.
Müstəqil.az xəbər verir ki, Putin Avstraliyanın telekanallarından birinə verdiyi açıqlamasında bildirib ki, tətildə olduğu üçün bu cür fotoların çəkilməsi normaldır. Buna görə gizlənməyə dəyməz:
“Fotolarımın yarı çılpaq olduğunu deyirsiniz. Allaha çox şükür ki, tam çılpaq deyiləm. Tətildə olduğum vaxtı çəkilən fotolarda qəbahət bir şey görmürəm. Gizlənəsi deyildim ki”.

Share: