BU, MÜSTƏQİL ÖLKƏMİZİN VƏ XALQIMIZIN İNKİŞAFI ÜÇÜN BÖYÜK LAYİHƏDİR

Bildiyiniz kimi, artıq bir neçə aydır, Milli İnkişaf ictimai Birliyi təsis olunub.

Birliyin sədri çox dəyərli alimimiz- İqtisad elmləri doktoru Arzuman Muradlıdır. İctimai Birlikdə savadlı, geniş erudusiyalı, milli ruhlu ziyalılarımız və təcrübəli qələm sahibləri fəaliyyət göstərirlər. İB-nin təşəbbüs qrupunun üzvləri Arzuman Muradlının təklifi ilə “Qarabağda Heydərabad şəhəri” yaradılması layihəsini irəli sürüblər. Onu da qeyd edim ki, Arzuman müəllim vaxtilə Ərəbistanda səhralıq olan indiki nəhəng Dubay şəhərinin-meqapolisin salınması layihəsində bir neçə il iştirak edibdir. Və bu layihəni irəli sürəndə şübhəsiz ki, o, öz təcrübəsinə və savadına arxalanır.
Cənab Ali Baş Komandanaın əmriylə igid ogullarımız 44 günlük İkinci Vətən savaşında torpaqlarımızı sonra işğaldan azad etdilər. Şəhidlərimizi ehtiramla anırıq!
İşgaldan azad edilən ərazilərimizdə yenidən canlanma yaratmaq, insanların oraya köçürülməsi üçün bəzi sosial-iqtisadi layihələrə böyük ehtiyac vardı. Düşünürəm, belə layihələrdən ən mükəmməli gələcəyimiz üçün nəhəg proje sayılan “Qarabağda Heydərabad şəhərinin salınması” layihəsidir. Heç şübhəsiz ki, bu layihə hələ də bəzi əraziləri işgalda olan və hər an havadarlaraının sayəsində pusquda duran, fürsət axtaran düşmənə böyük zərbə olmaqla, eyni zamanda Qarabagın qarantı oalcaqdır! Eyni zamanda müstəqil ölkəmizin hərtərəfli inkişafı üçün çox mühüm rol oynayacaqdır! Nəzərə alsaq ki, bu gün paytaxt Bakıda necə sıxlıqdır, tıxcalar vardır, üç milyona qədər əhali yaşayır. Nəyə görə Qarabagın füsünkar guşəsində bütün bu poblemləri ödəyə bilən nəhəng bir şəhər salınmasın? Gəlin bu barədə düşünək.
Sual oluna bilər, nə üçün məhz Heydərabad?
Tarixdən məlumdur ki, Azərbaycanın müstəqilliyi ugrunda mübarizə aparan bir çox liderlərimiz-tarixi şəxsiyyətlərimiz olub. Belə şəxsiyyətlərdən biri də dünyaca tanınan, hakimiyyətdə oldugu istər sovet dönəmində, istərsə də müstəqillik dövründə ölkəmizin, xalqın gələcəyi və in inkişafı üçün gizli və aşkar çox mühüm işlər görən böyük zəka və intellekt sahibi dahi Heydər Əliyevdir. Əgər sənin liderin bütün dünyada tanınır və qəbul edilirsə, nəyə görə biz onu baş tacı etməməliyik? Füzuli hava limanının yaxınlıgında salınacaq və bir çox əraziləri əhatə edəcək Heydərabad şəhəri heç şübhəsiz ki, dahi şəxsiyyət Heydər Əliyevin ruhuna bir ehtiramdır, bir sayqıdır.
Təbii ki, meqapolis bir şəhərin salınması böyük milyardlarla vəsait tələb etməklə bir çox illər hesabına başa gəlir. Amma inanıram ki, biz bacaracagıq! Hələ ki, iki yüz min, üç yüz min əhalinin yaşayacagı bir layihədən başlayacagıq, sonra isə böyük şəhər salınacaq, inkişaf edəcək. Nə cür? Bütün bunları hörmətli Arzuman Muradlı “Qarabagda Heydərabad şəhəri” kitabında geniş və hərtərəfli faktlarla göstərib və izah edibdir.
Qarabagda Heydərabad şəhərində görüşmək arzusuyla.

Südabə Sərvi.

Yazıçı-jurnalist. Mİlli İnkişaf İctimai Birliyinin idarə heyətinin və Təşəbbüs qrupunun üzvü.

Share: