Bu il Bakıda keçiriləcək Fintex sammitinin vaxtı açıqlanıb

Bu il may ayının 15-16-da Bakıda “Visa” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Fintex Sammit – 2024” (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək.

Bu barədə”-Economics” Azərbaycan Banklar Asossiyasiyasına (ABA) istinadən xəbər verir ki, Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda keçiriləcəkdir.

Qeyd edilib ki, FINTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Share: