Bu gün XXI əsrin ən istedadlı rejissorlarından biri- Rövşən İsaxın ad günüdür

Rejissorluq sənətinin sirrlərinə bələd olmaqdan ötrü, təkcə incəsənətin bu sahəsi üzrə təhsil almaq bəs etmir. Bunun üçün həm də teatrı, kinonu dərindən bilmək, obrazların xüsusiyyətlərinə bələd olmaq, aktyor seçimində yanılmamaq səriştəsi lazım gəlir.

Haqqında söhbət açmaq istədiyim rejissor, aktiyor Rövşən İsax məhz belə sənətkarlardandır. Heç təsadüfi deyil ki, onun ssenari müəllifi olduğu, quruluş verdiyi seriallar insanlar tərəfindən bəyənilir və geniş tamaşaçı aidetoriyası qazanıb.
O, 1970-ci ildə Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram teatrı və kino aktyoru” fakültəsində təhsil alıb. Uzun illər Dövlət Gənclər Teatrında, Dövlət Pantomim Teatrında aktyor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi də işləyib. Türkiyənin Samanyolu Televiziyasının (STV) Azərbaycan filialının icraçı direktoru olub. Hazırda “Pozitiv Media”nın direktorudur. Bir sıra tam və qısametrajlı bədii filmlərin, habelə onlarla reklam çarxının müəllifidir. Ailəlidir. Üç övladı var…
Rövşən İsaxın Azərbaycan kinosunun inkişafında xidmətlərini sadalayanda göz önündə belə bir siyahı yaranır:
Kiçik leytenant (film, 1996) (qısametrajlı bədii film)
Azərbaycan Xalq Cümhuriyyəti (film, 20010) (qısametrajlı sənədli film)
40-cı qapının qıfılı (film, 2003) – rejissor
Aktrisa (film, 2011) (tammetrajlı bədii film) – quruluşçu rejissor; ssenari müəllifi
Pərvanələrin rəqsi (serial, 2012) – quruluşçu rejissor; ssenari müəllifi
Sonuncu fəsil (teleserial, 2013) – quruluşçu rejissor; ssenari müəllifi
Vicdan haqqı (teleserial, 2016) – quruluşçu rejissor; ssenari müəllifi
Yuxu kimi (teleserial, 2019) – quruluşçu rejissor,ssenari müəlifi.
Bütün bunlar onun ərsəyə gətirdiyi əsərlərdir, bir aktyor kimi də xeyli rolları ifa edib.
Ümumiyyətlə Rövşən İsax haqqında danışarkən bir həqiqəti vurğulamalıyam ki, o, XXI əsrin ən istedadlı rejissorlarından biri kimi özünü tanıtdıra bilib. Bu gün- avqustun 14-ü onun da ad günüdür. Aralarında on üç il yaş fərqi olsa da, xalq artisti, məşhur xanəndə Alim Qasımovla bir gündə dünyaya gəliblər.
Rövşən bəyi təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: