Bu gün türk dünyası İstanbulda toplaşır

Bu gün xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçiriləcək.

“Qafqazinfo” ​​​​​​xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, görüş İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baş tutacaq.

Məsləhətləşmələrdə Türk Dünyası ilə bağlı aktual problemlərdən, Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Sammitinə hazırlıqdan, təşkilatın gündəliyindəki əməkdaşlıqdan danışılacaq.


Share: