Bu gün görkəmli şair İlyas Tapdığın anım günüdür.

Bu gün görkəmli təbiət şairi, uşaq şairi, vətən şairi, bir sözlə xalqının şairi olan İlyas Tapdığın anım günüdür.

Bütün ömrünü nəşriyyata həsr edən İlyas Tapdıq 1957-ci ilən 1990 cı ilə qədər uşaqlar üçün kitab çap edən nəşriyyatlarda çalışdı. Mindən artıq kitabın redaktorluğunun məsuliyyətini daşıdı. Bugünkü tanınmış şair və yazıçıların kitablarının da çoxunun redaktoru İlyas Tapdıq olub.

İlyas Tapdıq ədəbi fəaliyyəti ilə yanaşı, ölkəmizdə şifahi xalq ədəbiyyatı ənənələrinin, xüsusən aşıq sənətinin inkişafı üçün xüsusi xidmətlər göstərmiş və Azərbaycan Aşıqlar Birliyinin əsas yaradıcılarından olmuşdur.

Zamanında İlyas Tapdıq yaradıcılığına Səməd Vurğun, Mir Cəlal, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Məmməd Araz, Elçin, Hüseyn Arif kimi ədiblər çox yüksək qiymət verib.

Azərbaycanda tanınmış elə bir insan yoxdur ki, onunla bağlı İlyas Tapdığın xatirələri olmasın. Hədsiz yumşaq və mehriban xarakteri onu bütün yaradıcı insanların sevimlisi etmişdi. Bu gün vəfatından 4 il ötən, xatirəsi həmişə qəlbimizdə yaşayan şairi ehtiramla anırıq. Ruhun şad olsun, İlyas Qağa!

İlqar Türkoğlu

Müstəqil.Az

Share: