Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə sayca XXII dünya çempionatına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ki, ev sahibliyi edir.


Share: