Britaniyanın ən böyük əyləncə parkının tikintisi yarımçıq qaldı

Britaniyanın ən böyük əyləncə parkının tikintisi yarımçıq qaldı

Böyük Britaniyanın Kent şəhərində 2012-ci ildə elan edilən nəhəng əyləncə parkının tikintisi yarımçıq qalıb.

Suon yarımadasında “Paramount” Hollivud studiyası ilə birlikdə inşası planlaşdırılan “London Resort” adlanan parkın Böyük Britaniyada ən böyük əyləncə məkanı olacağı bildirilirdi. Park tikintinin başlamasından altı il sonra açılmalı idi. Orada attraksionlardan əlavə hotel və akvaparkın da tikiləcəyi güman edilirdi.

Lakin bu yaxınlarda məlum olub ki, parkın inşasını həyata keçirən “London Resort Company Holdings” (LRCH) şirkəti iflas proseduruna başlayıb ki, bu da tikinti planlarını şübhə altına alır.

Bildirilir ki, çox güman nəzərdə tutulan parkın yerində təbiət qoruğu yaranacaq.

Məlumata görə, üstündən 10 il keçməsinə baxmayaraq bir çox yerli iş adamları və sahibkarlar park ətrafındakı qeyri-müəyyənlik səbəbindən məsuliyyəti öz üzərinə götürə və layihəyə investisiya edə bilməyib. Bu səbəbdən də onun həyata keçirilməsi mümkün olmayıb.

Mənbə: gazeta.ru

Share: