Braziliyanın baş prokuroru prezidenti korrupsiyada ittiham etdi

Braziliyanın baş prokuroru Rakel Dodj ölkə başçısı Mişel Temerə qarşı korrupsiya və çirkli pulları yumaqla bağlı ittiham irəli sürüb.

Müstəqil.Az “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentə ölkə limanlarının idarə edilməsi ilə əlaqəli korrupsiya sxeminin araşdırılması çərçivəsində ittiham irəli sürülüb.

Temerin 2017-ci ildə rüşvət üçün iki liman sazişinin 70 ilə qədər uzadılmasına izn verən fərman imzaladığı qeyd edilir. Prezident administrasiyası isə bəyan edib ki, dövlət başçısı günahsızlığını sübut edə bilər.

Qeyd edək ki, dövlət başçısına qarşı proses Braziliya parlamentinin razılığından sonra başladıla bilər.

Yerli KİV-lər hesab edirlər ki, bu, gələn ilin yanvarında – Temerin səlahiyyət müddəti başa çatdıqda baş verə bilər.

Share: