Borrell Trampın NATO ilə bağlı sözlərini “axmaq fikir” adlandırıb

“ABŞ-da prezident seçkisi ilə bağlı kampaniya zamanı biz hələ çox şeylər görəcəyik, eşidəcəyik”.

xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ-ın keçmiş prezidenti Donald Trampın “ölkələr müdafiə üçün kifayət qədər pul ödəməsə, Rusiyanı bu ölkələrə hücuma təşviq edəcəyi” ilə bağlı fikrinə dair jurnalistlərin sualını cavablandırarkən deyib.

“İcazə verin kinayəli olum. Bu kampaniya zamanı biz çox şeylər görəcəyik, eşidəcəyik. NATO menyu – “a la carte” hərbi ittifaqı ola bilməz. NATO ABŞ prezidentinin “əhal-ruhiyyəsi”ndən asılı olaraq işləyən ittifaq ola bilməz. Bu, “Bu gün hə, sabah yox və ya sizin kimliyinizdən asılı olan” ittifaq ola bilməz. Alyans ya var, ya da yoxdur. Amma mən vaxtımı ABŞ-da bu seçki kampaniyası zamanı ortaya çıxan hər hansı axmaq fikri şərh etməyə sərf etmək fikrində deyiləm”, – deyə cavab verib.

Share: